“İndi bizim mediamız cəngəllik havasına köklənir”
Tanınmış media eksperti, professor Qulu Məhərrəmli son günlər gündəmi zəbt etmiş daha bir mövzuya- ANS Şirkətlər Qrupunun 14 xəbər saytına qarşı qaldırdığı məhkəmə iddiasına münasibət bildirib. Ekspert Moderator.az-a açıqlamasında baş verənlərdən təəssüfləndiyini ifadə edib:
“ANS-ə qarşı kampaniya aprmaq da, həmin telekanalın bu qədər sayta qarşı iddia qaldırması da arzuolunan hal deyil. Ümumiyyətlə, media qurumlarının savaşa çıxması, onsuz da azsaylı medianın auditoriyasının itirilməsi deməkdir. Təəssüf, indi bizim media mühitimiz cəngəllik havasına köklənir. Qarşıda daha ciddi problemlərin olacağını istisna etmək olmaz. Həmin problemlər tezliklə özünü göstərəcək.”

Şərhlər