Menu

“Qəbələ” Cavid Hüseynovun adının iştirak ərizəsinə salınmasına aydınlıq gətirdi

12.08.2015, 15:59
“Qəbələ” Cavid Hüseynovun adının iştirak ərizəsinə salınmasına aydınlıq gətirdi

“Biz iştirak ərizəsini UEFA-ya əvvəlcədən göndərmişdik. Həmin vaxt Cavid Hüseynovla bağlı hələ həbs qətimkan tədbiri seçilməmişdi”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçilən Cavid Hüseynovun adının “qırmızı-qaralar”ın Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la keçirəcəyi oyunda açıqlanan iştirak ərizəsində olması təəccüblə qarşılanıb.

Fariz Nəcəfov ərizənin qitə futbol qurumuna əvvəlcədən göndərildiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol