Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 36 mindən çox abituriyentin ali təhsil müəssisələrinə qəbul imtahanın nəticələrini açıqlayıb. Artıq abituriyentlərdən 32 mini tələbə adını qazandı. ANS TV-nin məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqlamasına görə ixtisas seçimində 36 mindən çox abituriyent iştirak edib.
“Avqustun 11-i saat 23-59-dan etibarən bu proses başa çatdı. İştirak hüququ olanların tam əksəriyyəti öz ixtisas seçim ərizəsinin təsdiqini təmin edib. Ali təhsil müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 7-də sayında dərc olunacaq. Bundan sonra qəbul olunanlar ali təhsil müəssisələri üzrə qeydiyyatdan keçəcəklər”, - deyə TQDK rəsmisi Elnur Nağzadə bildirib.
Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 77 27 nömrəsinə göndərməklə öyrənə bilərlər.
“Qəbul olmayan, amma müsabiqə şərtini ödəmiş abituriyentlər üçün isə boş qalmış yerlərə əlavə yerləşdirmənin aparılması nəzərdə tutulur. Avqustun 14-dən 19-dək boş qalmış yerlərə ixtisas seçimi yenə də internet vasitəsilə həyata keçiriləcək. Boş qalmış yerlərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq”, – deyə Elnur Nağzadə qeyd edib.
Tələbə adı qazanmış şəxslər müvafiq vaxt ərzində sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.


Şərhlər