Menu

Türkiyədə jandarmaya növbəti hücum - 1 şəhid 5 yaralı

12.08.2015, 23:31
Türkiyədə jandarmaya növbəti hücum - 1 şəhid 5 yaralı

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunun Özəkli kəndində bir qrup terrorçunun jandarmaya hücumu nəticəsində bir çavuş şəhid olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.

Məlumatda bildirilir ki, terrorçular minaatan və iriçaplı pulemyotlardan istifadə ediblər. Silahlı qarşıdurmada biri ağır olmaqla 5 hərbçi və bir kənd qoruyucusu yaralanıb , 2 terrorçu məhv edilib. Ağır yaralanan çavuşu qaldırıldığı xəstəxanada həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol