Menu

"Neftin 20 dollara düşməsi belə mümkündür"

13.08.2015, 09:18
"Neftin 20 dollara düşməsi belə mümkündür"

Çin yuanının devalvasiyası ilə əlaqədar olaraq ABŞ xam neftinin barrelinin qiymətinin 40-30 dollar aralığına düşəcəyi gözlənilir

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, bunu politoloq Con Kilduff (John Kilduff) bildirib.

Onun sözlərinə görə, Oktyabrda neftin qiymətində 30 dolları görə bilərik, hətta neftin 20 dollara düşməsi belə mümkündür.

Qeyd edək ki, artıq OPEC də hasilat kvotasına əməl etmir və ötən ay kvotadan artıq neft hasil edib. Dünyada neft bolluğu artdığı halda, neftə tələb zəif olaraq qalır. Dünyanın ikinci böyük neft istehlakçısı olan Çinin iqtisadiyyatı isə ləngiyir. Yuanı ucuzlaşdıran Çin digər ölkələrin ixrac imkanlarını azaldıb. Bu da ABŞ daxil bir sıra ölkələrin istehsalçılarının səhmlərinin ucuzlşamasına səbəb olub. İxracın azalması istehsalın düşməsi deməkdir. İstehsalın düşməsi nəticəsində iqtisadi inkişafın ləngiməsi neftə tələbi daha da azalda bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol