Menu

Əl yükündə heroin tapıldı - Astarada

13.08.2015, 11:03
Əl yükündə heroin tapıldı - Astarada

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Elşən Nəbiyev gömrük nəzarətindən keçərkən onun əl yükündən 2 ədəd plastik qabda, ümumi təmiz çəkisi 406,891 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Lent.az-ın məlumatına görə, daha sonra şəxsi yoxlama zamanı adıçəkilən vətəndaşın üzərində təmiz çəkisi 0,144 qram, daxili orqanından (düz bağırsağından) isə 1 ədəd bükümdə təmiz çəkisi 3,248 qram olan psixotrop maddələr - metamfetamin aşkar olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol