Menu

UNESCO Rasim Əliyevin ölümü barədə

13.08.2015, 11:30
UNESCO Rasim Əliyevin ölümü barədə

UNESCO-nun baş direktoru İrina Bokova Bakıda avqustun 9-da dünyasını dəyişmiş azərbaycanlı jurnalist Rasim Əliyevin qətlini pisləyib, oxu.az xəbər verir.

“Mən Rasim Əliyevə olunmuş hücumu pisləyirəm”, - baş direktor bəyan edib.

“Hökumət Əliyevin qətlində günahı olanların cəza almalarına nail olmalıdır. Bu, asayişin müdafiəsi və mətbuatın azadlığı üçün vacibdir. Jurnalistlərə qarşı cinayətin cəzasız qalmasına yol vermək olmaz”, - İrina Bokova əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol