İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriya prezidenti Bəşər Əsədlə görüşdə onu Suriya hökumətini dəstəkləyəcəyindən əmin edib.
SalamNews-un Suriyanın SANA agentliyinə istinadən məlumatına görə, prezident Bəşər Əsəd ötən gün prezident iqamətgahında Məhəmməd Cavad Zərifin başçılıq etdiyi İran nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Suriya prezidenti Tehranı beynəlxalq vasitəçilərdən ibarət “altılıq”la əldə edilən nüvə anlaşması münasibətilə təbrik edib.
M.C.Zərif məlumat verib ki, İran bundan sonra da Suriyanı dəstəkləməkdə və bu ölkədəki böhranın həlli prosesinə xarici müdaxiləyə qarşı çıxmaqda davam edəcək.


Şərhlər