Bakının Yasamal rayonunda bina yanır.Bina Bakı Dövlət Universitetinin yaxınılığında yerləşir. FHN-in qaynar xəttindən bildirilib ki, yanğın "Vital" klinikanın yerləşdiyi binada baş verib.
Nazirlikdən "Trend"ə verilən məlumata görə, hazırda yanğının baş verdiyi əraziyə FHN-in yanğınsöndürən briqadası yola düşüb.
Yanğının hansı səbəblərdən baş verməsi və miqyası barədə hələlik məlumat verilmir.


Şərhlər