Menu

Türkiyədə koalisiya qurulmadı: erkən seçkiyə gedilir - CANLI YAYIM

13.08.2015, 19:30
Türkiyədə koalisiya qurulmadı: erkən seçkiyə gedilir - CANLI YAYIM

AKP və CHP sədrlərinin 3-cü görüşündən müsbət nəticə əldə edilməyib

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulmasına dair növbəti görüş başa çatıb.

APA-nın xəbərinə görə, görüş 1,5 saat davam edib. İlkin ehtimala görə, görüşdə iki partiyanın koalisiya hökuməti qurması ilə bağlı müsbət nəticə əldə edilməyib. Bir azdan Əhməd Davudoğlu jurnalistlərə açıqlama verməsi gözlənilir. O, görüşdə aparılan müzakirələr və nəticələr barədə məlumat verəcək. Ondan sonra isə Kamal Kılıcdaroğlunun açıqlama verəcəyi gözlənilir.

Bu, onlar arasında keçirilən 3-cü görüş idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol