“Əl-Qaida” terror qruplaşmasının lideri Ayman əz-Zavahiri “Taliban”ın Əfqanıstandakı yeni lideri Molla Məhəmməd Mansura biət andı içib.
Musavat.com-un məlumatına görə, bu barədə “Reutes” Agentliyinin yaydığı xəbərdə müvafiq audio-xəbərin artıq internetdə yerləşdirildiyi bildirilir.
“Biz sadiq liderimiz Molla Məhəmməd Axtar Mənsura biət etdiyiməzə and içirik” – deyə Zəvahiri bəyan edib.
İŞİD terror təşkilatı ilə konfrontasiyada olan “Taliban”ın yeni lideri az öncə özünün audio-müraciətində mübarizənin davam etdiriləcəyinə and içib.


Şərhlər