Menu

Davudoğludan Baxçalıya gözlənilməz dəvət - Təcili

13.08.2015, 23:32
Davudoğludan Baxçalıya gözlənilməz dəvət - Təcili

Türkiyənin Baş naziri və AKP lideri Əhməd Davudoğlu CHP lideri Kamal Kılıcdaroğlu ilə nəticəsiz görüşündən dərhal sonra MHP sədri Dövlət Baxçalıdan görüş tələb edib. Axar.az xəbər verir ki, hazırda Davudoğlunun MHP başqanından cavab gözlədiyi bildirilir.

AKP-CHP görüşü barədə isə təzadlı məlumatlar gəlməkdədir. CHP sədri Kamal Kılıcdaroğlu AKP rəhbəri ilə görüşdə koalisiya hökuməti qurmaqla bağlı təklif almadığını bildirib. Onun sözlərinə görə, AKP yalnız 3 aylıq seçki hökuməti qurmaq təklifi verib.

AKP-dəki mənbələr isə bu məlumatı təkzib ediblər.

Dövlət Baxçalının AKP-CHP görüşünün nəticəsiz bitməsindən sonra partiyasının rəhbərliyini təcili şəkildə müzakirə üçün qərargaha çağırdığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol