Menu

Rusiya 4 ölkəyə satışı dayandırdı

14.08.2015, 00:38
Rusiya 4 ölkəyə satışı dayandırdı

Rusiya hökuməti bir neçə ölkəyə ərzaq satışını dayandırıb.Azadliq.info-nun verdiyi məlumata görə, baş nazir Dmitri Medvedev imzaladığı müvafiq qərarla Albaniya, Lixtenşteyn, İslandiya və Monteneqro Kremlin “qara siyahı”sına düşüb.

Xatırladaq ki, iyulun 30-da adıçəkilən ölkələr Avropa Birliyinin Rusiyaya qarşı genişləndirilmiş sanksiyalarına qoşulublar. Rəsmi Moskva da onlara bu üsulla cavab vermiş olub.

Medvedev bildirib ki, bu ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulmaqla Moskvadan gələcək cavaba hazır olduqlarını göstəriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol