Menu

“Bank Technique”in müştəriləri daha bir banka yönəldildi

14.08.2015, 10:48
“Bank Technique”in müştəriləri daha bir banka yönəldildi

Ağır günlər yaşayan “Bank Technique”dən ipoteka krediti götürənlər borclarını “Caspian Development Bank”a da ödəyə biləcəklər.

“Marja” xəbər verir ki, İpoteka Fondunun qərarı ilə, "Bank Technique"in ipoteka krediti müştəriləri ödənişlər üçün “Caspian Development Bank”a yönləndirilib.

Bundan əvvəl “Dəmirbank” və “Nikoylbank” da müvəkkil bank kimi seçilmişdi. İpoteka krediti olan şəxslər, ödənişləri bu banklar vasitəsi də ödəyə bilirlər.

Fondda bildirilir ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulsa da, “Bank Technique” indiyə qədər bu addımı atmayıb. Bu da son nəticədə ödənişlərin birbaşa AİF-ə daxil olmasına mane olub. Buna görə də, portala qoşulmuş 3 bank vasitəsilə ipoteka ödənişlərinin qəbul edilməsinə qərar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol