Menu

​Türkiyədə 34 terrorçu tutuldu

14.08.2015, 12:13
​Türkiyədə 34 terrorçu tutuldu

Türkiyənin Ankara, İstanbul, İzmir, Şanlıurfa və Adana şəhərlərində terrorçu PKK, KCK (Kürd İcması Birliyi) və İŞİD-ə qarşı eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 34 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Əməliyyatlar zamanı Ankaranın 4 rayonunda 5 nəfər, İstanbulda 5 ünvandan 3 nəfər, İzmirin 3 bölgəsində 13 nəfər, Şanlıurfada 5 ünvanda 3 nəfər, Adanada isə 17 ünvanda 10 nəfər həbs edilib.

Həbs olunanların evlərində aparılan axtarış nəticəsində kalaşnikov avtomatı, tapança, fişəng, sursat, çoxlu sayda güllə, terrorçu təşkilatlara aid sənədlər aşkarlanaraq götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol