Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Məmmədiyyə Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Məmədiyyə Xəlilov 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Yasamal Rayonu Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlar Şəki şəhər sakini, Məmmədiyyə Xəlilov Nəriman Nərimanov prospekti, 36 ünvanında tutulub. Onun əlindəki torbaya baxış keçirilən zaman çəkisi 2 kq-a yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. M. Xəlilov ifadəsi zamanı Bakıya işləmək üçün gəldiyini, narkotik maddələri öz istifadəsi üçün gətirdiyini bildirib.


Şərhlər