Bakıda "Saxla" əmrinə tabe olmayan iki nəfər saxlanılıb.
Bu gün saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Dobla" markalı avtopatrulda xidmət aparan polis əməkdaşları əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Pegout" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verib, lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib.
Görülən tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar.
Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılan idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər