Menu

Türkiyə və İrandan quş əti və yumurta idxalı məhdudlaşdırılır

14.08.2015, 23:11
Türkiyə və İrandan quş əti və yumurta idxalı məhdudlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən modern.az-a bildirilib ki, Azərbaycan Türkiyə və İrandan quş əti və yumurtanın idxalını məhdudlaşdırıb.

Türkiyənin 13, İranın isə 1 vilayəti istisna olmaqla, qalan bütün vilayətlərdən məhsul gətirilir.

Çünki quş əti və yumurtanın gətirilməsinin qadağan olduğu vilayətlərdə quş qripi yayılıb: "Digər vilayətlərdən isə məhsullar həmin bölgələrin yerli baytarlıq xidmətlərinin zəmanəti əsasında buraxılır". Xidmət rəsmisi əlavə edib ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 5 202 ton toyuq əti, 29,53 mln. damazlıq yumurta gətirilib. Ümumiyyətlə, Azərbaycana quş əti Braziliya, Türkiyə və İrandan idxal olunur

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol