Menu

Antiterror əməliyyatları davam edir - Video

15.08.2015, 08:59
Antiterror əməliyyatları davam edir - Video

Əməliyyatların hədəfi “İŞİD” və PKK olub.

Türkiyədə terrorla mübarizə davam edir.

ANS TV-nin məlumatına görə, İstanbul, Ankara və İzmir şəhərlərində keçirilən antiterror əməliyyatlarının hədəfi “İŞİD” və PKK olub.

Təkcə İzmirdə əməliyyatlar zamanı İraq və Suriyadakı döyüşlər aparılan bölgələrə getdikləri təsdiq edilən 20 nəfər saxlanılıb. Digər şəhərlərlə birlikdə isə azı 39 nəfərin saxlandığı xəbər verilir. Şübhəlilərin evindən silah-sürsat tapılaraq götürülüb.

Əməliyyatların keçirilməsi Bingöl və Diyarbəkirdə vəziyyəti daha da pisləşdirib. Adıçəkilən vilayətlərdə hərbi qüvvələr hücuma məruz qalıblar. Bingöldə naməlum silahlı şəxslər hərbiçilərə atəş açıblar. Tərəflər arasında uzun müddət silahlı qarşıdurmalar yaşanıb. İnsident zamanı bir zabit yaralanıb.

Keçirilən əməliyyat zamanı yaralanan bir polis isə dünyasını dəyişib.

Məlumata görə, Vəli Atəş adlı şəxs dəmiryol xətti üzərində yerləşdirilmiş partlayıcını zərərsizləşdirməyə çalışarkən ağır yaralanıb. Daha sonra xəstəxanada keçinib.

Bütün bu hadisələrin fonunda Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyanat verib və PKK silahları tərk etdiyi təqdirdə , onlara qarşı keçirilən əməliyyatları dayandıracaqlarını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol