Bu gün “EL” Hərəkatının İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Bu barədə APA-ya məlumat verən Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. Onun sözlərinə görə, Hərəkatın qurultayını keçirmək məqsədilə, Təşkilat Komitəsi yaradılıb və Eldar Namazov sədr seçilib.
İclasda İdarə Heyətinə yeni üzvlər də qəbul olunub.


Şərhlər