Menu

Bakı metrosundan xəbərdarlıq: Bu gün son gündür

15.08.2015, 12:09
Bakı metrosundan xəbərdarlıq: Bu gün son gündür

"Bakı Metropoliteni”: Bu gün saat 24:00-dan etibarən “Metrokart”ları geri qaytarmaq mümkün olmayacaq

Sentyabrın 30-dan etibarən "Metrokart"ın istifadəsi tam dayandırılacaq

Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq "Bakı Metropoliteni" QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı avqustun 15-i gecə saat 24:00-dan etibarən dayandırılacaq.

“Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin “APA-Economics”ə verdiyi məlumata görə, avqust ayının 31-nə kimi metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək.

1 sentyabrdan 30 sentyabra qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkün olacaq. “Yəni, gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan “Bakıkart”a transfer edilə bilər. Xahiş olunur nəzərə alasınız”, -deyə N.Paşayev vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol