Menu

​22 yaşlı qadın intihar etdi

15.08.2015, 15:25
​22 yaşlı qadın intihar etdi

Kürdəmir rayonunun Xırdapay kəndində intihar hadisəsi baş verib. "Report"un məlumatına görə, kənd sakini, 1993-cü il təvəllüdlü İlgül Hacıyeva evində sirkə turşusu içərək intihara cəhd edib. Yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. Xəstə avqustun 15-də Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol