Menu

UEFA başçısı FİFA rəhbərini həbslə hədələyib

15.08.2015, 15:48
UEFA başçısı FİFA rəhbərini həbslə hədələyib

UEFA prezidenti Mişel Platini FİFA prezidenti Yozef Blatteri öz postundan getməyəcəyi halda həbsxana ilə hədələməklə qardaşına təzyiq göstərib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə FİFA liderinin özü bildirib.

İlkin məlumatlara görə, insident mayın 29-da - FİFA prezidentinin seçkisi günü, təşkilatın Sürixdəki konqresində baş verib. “Yozefə deyin ki, seçkilərədək istefa versin, ya da o həbsxanada oturmalı olacaq”, – deyə Blatter Platininin hədələyici sözlərini sitat gətirib.

Lakin Platiniyə yaxın mənbə bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Blatter bu sözlərlə FİFA-dakı həqiqi problemlərdən diqqəti yayındırmaq istəyib.

Qeyd edək ki, Platini FİFA-nın yeni prezidentliyinə əsas namizəddir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol