Beynəlxalq Valyuta Fondu Yunanıstanla kreditorlar arasında yeni yardım paketi barədə razılaşmanın əldə olunmasından sonra Afinanın borc yükünün yüngülləşdirilməsinə çağırıb.
Təşkilatın rəhbəri Christine Lagarde deyib ki, təkbaşına borcları ödəmək iqtidarında olmayan Yunanıstanın əlavə dəstəyə ehtiyacı var.
Beynəlxalq kreditorlarla əldə olunmuş razılaşmaya əsasən vergilərin artırılması ilə xərclərin ixtisarı əvəzində Yunanıstana 86 mlrd. avro həcmində yardım paketi ayrılmalıdır.
BBC müxbiri Adam Flemming-in Brüsseldən göndərdiyi məlumatda deyilir ki, avrozona ölkələri borcun qismən silinməsi imkanlarını qarşıdan gələn payız aylarında müzakirə edəcəklər.
Yunanıstana yeni ayrdım paketi 3 il ərzində verilməlidir.
Onun ilk hissəsi (10 mlrd avro) bankların yenidən kapitallaşdırılması və Avropa Mərkəzi bankına olan borcun (3,2 mlrd avro) ödənilməsinə yönəlməlidir.
Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker deyib ki, kreditorlarla razılaşma Yunanıstanın aydın və birmənalı şəkildə avozonada qaldığını göstərməlidir.
Cümə günü Yunanıstan parlamentində baş nazir Alexsis Tsiprasının Syriza partiyasını təmsil edən 40 deputat yeni planın əleyhinə səs verib.
İndiyədək Yunanıstanın borclarının silinməsi barədə təkliflər Almaniyanın etirazına tuş gəlib. /BCC


Şərhlər