Menu

Moskvada yarımçıq tikili uçub

15.08.2015, 22:59
Moskvada yarımçıq tikili uçub

Rusiya KİV-nin yaydığı məlumata görə, Moskvanın mərkəzi küçələrindən birində - Balçuq küçəsində tikilməkdə olan ikimərtəbəli bina uçub. Məlumatı Rusiya Fövqəladə hallar nazirliyi (FHN) yayıb (Rosbalt).

«Sofiysk sahilinə ilk yanğın-xilasetmə briqadası gələn kimi, kəşfiyyat işlərinə başlanıb. İşin gedişi zamanı məlum olub ki, tikinti işlərinin aparılması nəticəsində birincivə ikinci mərtəbələr arasındakı örtük çöküb. Xəsarət alanlar var» - deyə, FHN-nin Moskva şəhər idarəsi xəbər verir.

«İnterfaks» özəl mənbəəyə istinadla, daha geniş məlumat verib. Agentlik xəbər verir ki, yeni tikilinin 50 kvadratmetrlik sahəsi çöküb, nəticədə 2 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol