Xarici KİV-in məlumatına görə, Aralıq dənizində qeyri-leqal miqrant daşıyan qayıq batıb, 40 nəfə həlak olub (Rosbalt).
«Xilasetmə əməliyyatı aparılır. Miqrantların bir çoxu xilas edilib. Ən azı 40 nəfər həlak olub» - deyə, İtaliya hərbi-dəniz qüvvələrinin Twitter səhifəsində xəbər verilir.
Qeyd edək ki, 2015-ci ilin aprelində Aralıq dənizində 1200 nəfər qeyri-leqal miqrantın həlak olması ilə nəticələnən silsilə gəmi qəzalarının baş verməsindən sonra Avropa İttifaqı hökuməti bu hövzədə qaçqınların hərəkətinin və qaçaqmalçıların qarşısının alınması üçün əraziyə yerləşdirmiş olduğu dəniz patrulunu yığışdırmaq qərarına gəlib.
AzPolitika.info


Şərhlər