Menu

İranlı general Rusiyaya gəlməyib - Moskva təkzib edir

16.08.2015, 15:43
İranlı general Rusiyaya gəlməyib - Moskva təkzib edir

Rusiya KİV-nin məlumatına görə, rəsmi Moskva təsdiq edir ki, İranlı general, BMT-nin qara siyahısına daxil edilmiş Qasim Süleymani Rusiyaya gəlməyib («Exo Moskvı»).

Yayılan xəbərdə bildirilir ki, Rusiya Xarici işlər nazirlyi (XİN) Vaşinqtonun bu məsələni yenidən qabartmasına təəccüblə yanaşır.

«O, Moskvada olmayıb və rusiyalı diplomatlar bu barədə ABŞ-a hələ ötən həftə danışıblar» - deyə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabov qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi düşünürdü ki, bu məsələ qapanıb. Sən demə, belə deyilmiş: «Dünən (avqustun 13-ü - red.) ABŞ-ın dövlət katibi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı iranlı generalın Rusiyaya ehtimal olunan səfərindən narahatlıq keçirdiyini ifadə edib».

ABŞ hesab edir ki, Süleymani terrorizmi dəstəkləyir və Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə sui-qəsd hazırlayıb. 2007-ci ildə BMT generalın İrandan çıxışına qadağa qoyub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol