Xarici KİV-in məlumatına görə, Macarıstanda - Budapeşt şəhəri ətrafında iki qatar baş-başa toqquşub. Məlumata görə, 19 nəfər xəsarət alıb, üç nəfərin vəziyyəti ağırdır («Exo Moskvı»).
Qəzanın səbəbi məlum deyil. Xəsarət alanlar arasında qatarlardan birinin maşinisti də var.
İlkin məlumata görə, qəzanın baş verdiyi anda hər iki qatar 20,0 km/saat sürətlə hərəkət edirmiş.
AzPolitika.info


Şərhlər