"Təqribən 1 saat bundan öncə, dayım oğlu Qasımov Toğrul Xətai oğlu Goranboy ərazisində avtomobillə vurulub. Hadisə baş verəndən sonra, əraziyə rayon xəstəxanasının əməkdaşları gəlməyiblər". Musavat.com xəbər verir ki, bu sözləri avropa.info saytının direktoru Ruslan Bəşirli facebook-da yazıb.
"Hətta qohumlarım Toğrulu xəstəxanaya aparmalarına baxmayaraq, Goranboy Xəstəxanasının həkimləri yaralıya yaxın durmurlar. 21 yaşlı gənci xəstəxananın həyətində torpaq yerə uzadıblar. Həkimlər xəstəni Bakıya aparmaq üçün maşın verməyiblər. Bu dəqiqələrdə aldığım məlumata görə, Göranboy rayon polisi xəstəxanaya gəlib və polis idarəsinin rəisi hadisəyə müdaxilə edəndən sonra, həkimlər təcili tibbi yardım maşını verməyə razı olublar."


Şərhlər