İranın aparıcı qəzetlərindən biri olan "Keyhan" qəzetinin nümayəndəsi və baş redaktoru Hüseyn Şeriatmedari, yazdığı baş məqalədə, İranın dini lideri Xameneyinin nüvə razılaşmasından məmnun olmadığını iddia edərək, "Xamneyi heç bir şəkildə hazırlanan mətndən razı deyil" - qeyd edib.
Şeriatmedari məqaləsində, müqavilənin bir çox maddəsinin İranın müstəqilliyini və təhlükəsizliyini təhdid etdiyini qeyd edərək, müqavilənin həyata keçirilməsinin İran üçün "faciə" olacağı xəbərdarlığını edib.
İranda daxili və xarici siyasətdə qərarlarda hər zaman son sözü deyən dini lider Xamneyi, nüvə sazişi ilə bağlı etdiyi çıxışlarında, ölkənin nüvə müzakirələrini aparan heyətinin səylərini tərifləsə də, bu ana qədər müqaviləni təsdiq edib etmədiyi haqqında danışmayıb.
İran ilə 5+1 ölkələri arasında əldə edilmiş razılşama İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların mərhələli olaraq ləğv edilməsini nəzərdə tutur. Ölkədə bəzi dairələr nüvə proqramında məhdudiyyətlərə gedilməsinin Xamneyi tərəfindən təyin olunnmuş İranın qırmızı xətlərinin aşıldığı iddia olunur. /"marja"


Şərhlər