Menu

Pakistanda daxili işlər naziri öldürüldü

17.08.2015, 10:18
Pakistanda daxili işlər naziri öldürüldü

Pakistanda baş verən terror aktında Pəncab əyalətinin daxili işlər naziri Şuja Xanzade öldürülüb.

Musavat.com-un məlumatına görə, partlayış baş verən binadan 10 cəsəd çıxarılıb. Daxili işlər nazirinin cəsədinin isə dağıntılar altından hələ də çıxarılmadığı bildirilir. Uçmuş binanın altında 20-dən çox cəsədin qaldığı ehtimal edilir.

Terror aktı zamanı yaralanan 4 nəfərin isə müalicəsi davam edir. Terroru heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, partlayan bina nazirin ofis kimi istifadə etdiyi evi imiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol