Menu

BP-də yerli kadrların sayı azaldı

17.08.2015, 10:23
BP-də yerli kadrların sayı azaldı

Şirkət 2015-ci ilin I yarısına olan hesabatı açıqladı.

2015-ci ilin I yarısına olan məlumata görə, BP-Azerbaijan şirkətində 2 866 nəfər Azərbaycan vətəndaşı (birbaşa işçilər) işləyir.

Oxu.az-a şirkətdən verilən məlumata görə, bu da 2014-ci ilin axırına olan göstəricidən 126 nəfər azdır.

Bundan başqa, şirkətin hesabatına görə, Azərbaycanda ixtisaslı daimi işçilərin 86%-i yerli kadrlar, 14%-ni isə əcnəbilər təşkil edib.

Qeyd edək ki, 2014-cü ilin axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 992 nəfər idi.

Onu da əlavə edək ki, bir müddət əvvəl şirkət bildirirdi ki, BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol