Azərbaycan bu il taxılda məhsuldarlığı yüksəltməyə nail olsa da buğda idxalı azalmır.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin 7 ayı ərzində 202,75 milyon dollarlıq buğda idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,7% çoxdur.
Azərbaycan xaricdən buğdanın alınmasına 2014-cü ilin 7 ayında 156,2 milyon dollar, 2013-cü ilin eyni dövründə isə 203 milyon dollar xərcləmişdi.
Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatında avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,3 faizi, yaxud 909,1 min hektarı biçilmiş və həmin sahələrdən 2 milyon 768,5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,7 sentner artaraq 30,5 sentner təşkil etmişdir.


Şərhlər