Menu

Ehtiyatda olan rusiyalı zabit hərbi mükafatlarını Putinə qaytarıb!

18.08.2015, 00:18
Ehtiyatda olan rusiyalı zabit hərbi mükafatlarını Putinə qaytarıb!

Rusiya KİV-nin məlumatına görə, ehtiyatda olan rusiyalı hərbçi-podpolkovnik Sergey Konovalov özünün hərbi mükafatlarını Prezident Vladimir Putinə geri qaytarıb. Keçmiş hərbçinin sözlərinə görə, ona vəd olunmuş mənzili ala bilmədiyinə görə, bu addımı atıb («Exo Moskvı»).

Konovalov «İgidliyə görə» medalını və «Mərdlik» Ordenini Rusiya prezidenti administrasiyasına qaytarıb. Bu mükafatları Konovalov birinci Çeçen müharibəsinin gedişində alıb.

«Bu, etiraz əlaməti deyil. Podpolkovnik bununla hakimiyyətin diqqətini uzun illərdir ki, həll olunmamış qalan problemlərinə yönəltmək istəyir. Hələ 5 il bundan əvvəl o, mənzil almalı idi. Amma bürokratik əngəllər səbəbindən, hələ də ala bilməyib. Şimali Qafqazda hərbi əməliyyatların iştirakçısı və hərbi-dəniz Akademiyasının müəllimi, ömrünün 20 ildən çox hissəsini orduya həsr etmiş bu insan cari ilin əvvəlində prezident administrasiyasına müraciət edib və döyüş mükafatlarını geri qaytarmaqla hədələyib. Orada keçmiş hərbçini inandırıblar ki, məsələni araşdıracaqlar. Amma sonradan məlum olub onun müraciətinin müdafiə nazirliyinə göndərildiyi məlum olub. Nazirlikdən isə cavab gəlib ki, podpolkovnik yaşayış sahəsinə olan hüququnu itirib, çünki hal-hazırda xidmət çəkən hərbçi deyil. Öz sözlərinə görə, Konovalov bir neçə dəfə hüquqlarını məhkəmə yolu ilə bərpa etmək cəhdi göstərib, prokurorluğa müraciət edib. Amma bütün bunlar heç bir nəticə verməyib» - deyə, Konovalovun hərbçi həmkarı «Azadlıq» radiosuna danışıb.

Andrey adlı başqa bir hərbçi isə əlavə edib ki, hazırda ölkədə minlərlə zabit, o cümlədən, ali hərbi məktəblərin müəllimləri analoji situasiya ilə üzləşib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol