Böyük Britaniya Rusiya və Çinlə kibermüharibəyə 3 milyard dollar sərf etmək niyyətindədir. Axar.az xəbər verir ki, Böyük Britaniya Silahlı Qüvvələrinin liderləri kiberməkanda mübarizə üçün maliyyə dəstəyinin artırılması məqsədilə hökumətə müraciət edib.
Hökumətin isə bu müraciətə müsbət cavab verdiyi bildirilir. Qeyd edək ki, Rusiya və Çindən olan hakerlər Böyük Britaniyanın əsas düşməni hesab edilir. Londondan öncə isə Vaşinqton da hər iki ölkədən olan hakerlərə qarşı mübarizəyə başlayacağını bildirmişdi.


Şərhlər