Menu

PKK terroru davam edir: 1 şəhid, 1 yaralı

18.08.2015, 10:46
PKK terroru davam edir: 1 şəhid, 1 yaralı

PKK Türkiyədə terakt törətməyə davam edir. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ərzurum şəhərinin Şənkaya qəsəbəsində terrorçular kəndə basqın ediblər. Silahlı hücum nəticəsində kənd qorucusu ağır yaralanıb. Xəstəxanaya çatdırılan kənd qorucusunun həyatını xilas etmək mümkün olmayıb.

PKK silahlıları dünən gecə saatlarında Bitlis şəhərində hərbi hissəyə və polis bölməsinə hücum edib. Silahlı atışma zamanı 1 əsgər ağır yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol