Menu

Xədicə İsmayılın məhkəməsi davam edir

18.08.2015, 13:02
Xədicə İsmayılın məhkəməsi davam edir

Avqustun 18-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın məhkəməsi davam edir.

Məhkəmə zalına Almaniya, Böyük Britaniya səfirliklərinin, Avropa İttifaqı nümayəndəliyinin əməkdaşları məhkəmə zalına buraxılıb. Norveç səfirliyinin əməkdaşı isəburaxılmayıb.

Eyni zamanda müstəqil mətbuat nümayəndələri və ictimai fəallar məhkəmə qarşısında məhkəmənin bitməsini gözləyirlər.

Onlar da məhkəmnin açıq keçirilməsinə baxmayaraq, Xədicə İsmayılın prosesinə buraxılmayıblar.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

O, Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol