Avqustun 18-də dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,84 dollar bahalaşaraq 42,62 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 48,59 dollar olub. Dövlət Neft Şirkətinin məlumatına görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 0,42 dollar ucuzlaşaraq 49,63 dollar təşkil edib.
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər