Menu

Türkiyə lirəsi tarixi minimumu yenilədi

19.08.2015, 18:32

turkiye_405Türkiyənin milli valyutası lirənin dollara nəzərən məzənnəsi tarixi minimumu yeniləyib.

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına gedəcəyini gözlədikləri ilə bağlı açıqlamasından sonra 1 dollar 2,93 lirəyədək yüksəlib.

Məhz bu açıqlamadan sonra dünən qeydə alınan 1 dollar 2,90 lirəlik rekord təzələnib.

Qeyd edək ki, paralel olaraq artan avro da 3,21 lirə sərhədini keçib. İndi 1 avro 3,2156 lirəyə bərabərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol