Menu

Zaqatalada fındıq bağları yanıb

19.08.2015, 22:03
Zaqatalada fındıq bağları yanıb

Avqustun 19-da Zaqatalanın Aşağı Tala kəndindəsakinlərə məxsus fındıq bağları, otlaq sahələr və ətraf ərazilərdə yanğın baş verib. APA-nın məlumatına görə, nəticədə bir neçə sakinə məxsus 2 hektar fındıq bağı, 4 hektar quru ot sahəsi, ətrafdakı ağaclar və, ərazidə olan 300-ə yaxın quru ot bağlaması yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol