Menu

Ərdoğandan Baxçalıya ağır sözlər – «Sən kimsən ki, bu çirkinliyi edirsən...»

19.08.2015, 22:05
Ərdoğandan Baxçalıya ağır sözlər – «Sən kimsən ki, bu çirkinliyi edirsən...»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP ilə koalisiya qurmaqdan imtina edən MHP sədri Dövlət Baxçalını sərt tənqid edib. Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan Baxçalını hökumət işini ailə məsələsinə qarışdırmaqda günahlandırıb: «İşini-gücünü bir kənara qoyub Rəcəb Tayyib Ərdoğanla, onun ailəsiylə məşğul olmaq siyasət deyil. Deyir ki, Bilalı ver, iqtidarı al. Bu nə çirkin yanaşmadır? Sən necə siyasətçisən?! Əgər oğlumun bir səhvi varsa, onu məhkəmə sorğulaya bilər, sən kimsən ki?! Sən mənim övladımla hökumət arasında necə bağlantı qura bilərsən?! Bu təhqiri, hörmətsizliyi necə edirsən?! Əslində, övladı olmayanların belə bir hörmətsizlik etməsi təəccüb doğurmamalıdır. Bunlar ailə, övlad nədir, bilməzlər».

Xatırladaq ki, MHP-nin koalisyon hökumətlə bağlı şərtlərindən biri də 17-25 dekabr «böyük rüşvət əməliyyatının» sonadək araşdırılması idi. «Rüşvət dosyesində» adı keçənlərdən biri də Ərdoğanın oğlu Bilal idi. Ərdoğan «Bilalı ver, iqtidarı al» deməklə onu nəzərdə tutur ki, Baxçalı Bilal Ərdoğanın da mühakimə olunmasını istəyirdi və AKP ilə koalisiyaya həm də bu tələbinin yerinə yetiriləcəyi təqdirdə razılıq verə bilərdi.

Onu da qeyd edək ki, Dövlət Baxçalı bugünə qədər ailə qurmayıb və övladı yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol