Rusiya KİV-nin məlumatına görə, Dnestryanıda dislokasiya olunmuş Rusiya hərbi kontingenti bu tanınmamış respublikanın ərazisində döyüş atışları edib. Tədbirdə 400 nəfərə yaxın hərbçi və 30-dan artıq texnika iştirak edib («Exo Moskvı»).
Qərb hərbi dairəsinin qərargahından verilən xəbərə görə, şəxsi heyət 30 kilometrlik yürüş edib və təlimlərin gedişində kəşfiyyat-diversiya qruplarının hücumlarını dəf edib. Beləliklə, bölgədə sabitliyin pozulacağı təqdirdə, hərbi hissələrin qarşılıqlı fəaliyyəti məşq edilib.
Bundan əvvəl Ukrayna hökuməti Rusiya hərbçilərinin ölkə ərazisindən keçməklə, Dnestryanıya tranzitini qadağan edib.
AzPolitika.info


Şərhlər