Menu

Ramil Usubov Şeyxin qohumuna yeni vəzifə verdi

25.01.2014, 18:49
Ramil Usubov Şeyxin qohumuna yeni vəzifə verdi

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat aparılıb.

“Aznews.az”a xəbər verir ki, əvvəllər bu vəzifəni tutmuş polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlunun yerinə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Nazir Ramil Usubovun sərəncamı ilə vəzifəyə təyin edilən Ş.Əsədullayev bu gün kollektivə təqdim edilib.

Məlumatlara görə, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahkürür Paşazadənin qohumudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol