Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun götərişi ilə Yasamal rayonunda 5 mərtəbəli binanın əlavə tikintilərinin söküntüsünə başlanılıb.
Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, sakinlər söküntüyə etiraz olaraq evlərindən çıxmırlar.
A.Ağayev küçəsində yerləşən 1 nömrəli binada yaşayan 5 ailə əlavə tikililərinin sənədli olduqlarını əsas gətirərək mənzillərini tərk etmir.
Söküntü aparılan əraziyə gələn Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov sakinləri dinləyib. Narazı sakinlər əlavə tikililərin sənədlərini icra başçısına təqdim edib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır.
Əlavə məlumat veriləcək.



Şərhlər