Menu

Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz

20.08.2015, 13:27
Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz

Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti olacaq

Avqustun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecə şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə olacaq.

Bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-34, dağlarda 12-17, gündüz 19-24 dərəcə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol