Menu

PKK neft kəmərinə yarım milyard ziyan vurdu

20.08.2015, 15:07
PKK neft kəmərinə yarım milyard ziyan vurdu

Separatçı terror təşkilatı PKK-nın Kərkük-Yumurtalıq neft boru kəmərinə təşkil etdiyi hücum nəticəsində dəyən ziyan 501 milyon dollara çatıb.

Fins.az-ın “denizhaber.com.tr” saytına istinadən məlumatına görə, bu barədə İraq Kürd Regional Rəhbərliyi məlumat yayıb. Bildirilir ki, iyulun 27-də boru kəmərinə edilən hücum nəticəsində neft nəqlində bir müddət ləngimə yaşanmışdı. Hücum təşkil olunan sahə təmir edilməsinə baxmayaraq, hələ də bəzi axsaqlıqlar yaşanır. Davamlı olaraq qruplar boru kəmərini hədəf alaraq oğurluq edirlər.

Qeyd edilib ki, hücum olan tarixdən bu vaxtadək boru kəmərində davamlı olaraq qəzalar və neft oğurluğu meydana gəlir. İyulun 27-də bu vaxtadək dəyən ziyan isə 501 milyon dollara çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol