Rusiyada dollar/rubl məzənnəsi 67, avro/rubl məzənnəsi isə 75 rubl sərhədini aşaraq, son 6 ayın ən yüksək səviyyəsinə çatıb.
Neft qiymətlərinin düşməsi və sanksiyalar səbəbilə çətin günlər keçirən Rusiya iqtisadiyyatında, rubl, dollar və avro qarşısında dəyər itirməkdə davam edir.
Bu dəqiqələrdə 1 dollar 67.53 rubl səviyyəsinə çıxıb. Səhər saatlarında 1 dollar 66,50 rubla bərabər idi.
Dollar/rubl məzənnəsi 12 Fevraldan bu yana ilk dəfə 67 həddini aşıb. Avro/rubl məzənnəsi isə 75-i aşaraq fevral ayındakı rekordunu təkrarlayıb. /"Marja"


Şərhlər