Menu

Yunanıstan Avropa İttifaqından 13 milyard avro aldı!

20.08.2015, 17:48
Yunanıstan Avropa İttifaqından 13 milyard avro aldı!

Xarici KİV-in yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) Yunanıstana 13 milyard dollar kredit ayırıb. Məlumatı Avropa sabitləşdirmə mexanizmləri Fondunun mətbuat xidməti yayıb («Exo Moskvı»).

Ümumilikdə, Aİ Yunanıstana maliyyə yardımının 26 milyard dollarlıq ilk tranşını təsdiqləyib.

Yunanıstanın xilasını nəzərdə tutan Aİ proqramının ümumi həcmi 86,0 milyard dollar təşkil edir. Vəsaitin ayrılması bu şərtlə təsdiqlənib ki, Yunanıstan hökuməti dövlət büdcə defisitini azaltsın.

Bu göstəricilərə nail olmaq üçün Afina dövlət xərclərini ciddi şəkildə ixtisar edir. Ölkədə ərzaq vergiləri artırılır, kənd təsərrüfatı güzəştləri ləğv edilir. Yaxın vaxtda əhalinin təqaüd yaşının artırılması barədə də qanun qəbul oluna bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol