Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən Sarvan İbrahimov Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsindən azad edilib.
AzPolitika.info-ya verilən məlumata görə, S.İbrahimovun istefaya göndərilməsi gözlənilməz olub.
S.İbrahimov yazıçı, Naxçıvan MR-in keçmiş mədəniyyət naziri və Ali Sovetinin keçmiş sədri Hüseyn İbrahimovun oğludur.


Şərhlər