Xam neftin qiymətinin aşağı düşməsilə Norveçdə enerji sektoruna yatırılan investisiyalar azalıb. Ölkədə işsizlik nisbətinin artması və ilin ikinci rübündə iqtisadi inkişafın ləngidiyi açıqlanıb.
Norveçin Maliyyə Nazirliyinin nəzarətindəki "Statistics Norway" tərəfindən verilən açıqlamada, ölkədə ÜDM-in ilin ikinci rübündə yalnız 0,2 faiz artdığı qeyd edilib.
Norveçli mütəxəssislər, bu ləngimənin neftin qiymətinin aşağı düşməsinin davam etdiyi müddətcə vəziyyətə paralel olaraq qalacağını bildiriblər.
Neftin qiymətinin ucuzlaşmasının, iqtisadiyyatının təxminən yarısı neft ixracatına əsaslanan Norveçdə işsizliyə də təkan verdiyi qeyd edilir. Norveçin neft şirkəti Statoil, o cümlədən ölkənin digər energetika və xidmət təchizatı şirkətlərində çalışan 20 mindən artıq adamın işdən çıxarıldığı açıqlanıb.
Avropada işsizliyin ən aşağı olduğu ölkələrdən biri olan Norveçdə, işsizlik nisbətinin son 10 ilin ən yüksək səviyyəsi olan 4,3%-ə çatdığı bildirilib. /"Marja"


Şərhlər